Haqqımızda

Mövcuddur:

Quantra Group daşınmaz əmlakın peşəkar qiymətləndirilməsi, alqı-satqısı, icarəsi, konsaltinqi, təmir-tikinti və dizayn xidmətləri göstərən şirkətdir. Əsas məqsədimiz obyektiv və analitik yanaşma ilə daşınmaz əmlakın real bazar dəyərini müəyyən etmək və müştərilərimizə düzgün qərar vermələri üçün etibarlı ekspert dəstəyi təqdim etməkdir.

Qiymətləndirmə xidmətlərimiz beynəlxalq metodologiyalar və yerli bazar göstəriciləri əsasında həyata keçirilir. Komandamız sertifikatlı qiymətləndiricilər, peşəkar brokerlər və sahə üzrə mütəxəssislərdən ibarətdir. Biz müştərilərə təkcə əməliyyat deyil, həm də risklərin düzgün dəyərləndirilməsi və strateji seçimlər üçün peşəkar müşayiət təqdim edirik.

Quantra Group premium daşınmaz əmlakın satış və icarəsini də həyata keçirir. Portfelimizdə Ağ Şəhər, Sea Breeze, Crescent, Port Baku və digər prestijli layihələr yer alır. Premium mənzillərin, villaların və kommersiya obyektlərinin seçimində fərdi yanaşma və yüksək xidmət standartı ilə etibarlı tərəfdaş olmağı hədəfləyirik.

Şirkətə daşınmaz əmlakın qiymətləndirilməsi, alqı-satqısı və aktivlərin idarə olunması sahəsində 25 ildən artıq təcrübəyə malik Elşən Ələkbərov rəhbərlik edir. O, bazar dəyərlərinin dəqiq təhlili, risklərin idarə olunması və strateji qərarların verilməsi istiqamətində ixtisaslaşıb və şirkətin şəffaf, dəqiq və peşəkar xidmət prinsiplərinə əsasən inkişafına rəhbərlik edir.